15 avqust 2012 20:54
APOEL Blackburn-dən oyunçu alır (FOTO)
Kiprin APOEL klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunlara qədər heyətinə daha bir futbol qatmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, kiprlilər indi də İngiltərənin “Blackburn” klubunun yarımmüdafiəçisi Radoslav Petroviçə göz dikiblər.
Lakin Kipr mətbuatının məlumatına görə, serbiyalı futbolçu çətin ki, İngiltərənin ikinci çempionatını bu ölkənin birinciliyinə dəyişsin. 23 yaşlı orta sahə oyunçusunu yalnız APOEL-in daha sərfəli müqavilə təklifi şirnikləndirə bilər.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada baş tutacaq və 23:00-da başlayacaq.
