15 avqust 2012 21:08
Ufuk Budaq: İlk dəfə idi ki, müdafiənin mərkəzində oynayırdım
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq Bəhreynlə yoldaşlıq matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Yaxşı oynadıq. Nəticə də bunu sübut edir. Özümə gəlincə, ilk dəqiqələrdə yaxşı təsir bağışladım. Amma zaman keçdikcə, isti məni də əldən saldı. Bu üzdən heç də hər şey alınmırdı. İlk dəfə idi ki, mərkəz müdafiəçisi mövqeyində çıxış edirdim. Amma cinahda oynamaq mənim üçün daha asandı”.
