15 avqust 2012 11:14
Yığmamızın Bəhreynlə matçını idarə edəcək hakimlər
Məlum olduğu kimi, bu gün Bakıda Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşmanı gürcüstanlı hakimlər idarə edəcəklər.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb. Belə ki, qarşılaşmanın baş hakimi George Vadaçkoriadı. Baş hakimin köməkçiləri: Giorgi Kruaşvili, Levan Varamişvili olacaq. Dördüncü hakim funksiyasını isə Fariz Yusifov yerinə yetərəcək.
Hakim-inspektor Gülağa Cabarov, AFFA nümayəndəsi Ramiz Mustafayev olacaq.
Qeyd edək ki, Azərbaycan – Bəhreyn matçı saat 18:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
