15 avqust 2012 11:37

Kamran Ağayev: Mənə görə bir qədər real məbləğ tələb etmək lazımdı

Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Xəzər Lənkəran”ın sizi növbəti mövsüm üçün iştirak ərizəsinə salmasından xəbəriniz var?
- Bundan xəbərim yoxdu. İnanmıram. Hərdən mətbuatda elə xəbərlər çıxır ki, sonradan yalan olduğu məlum olur.

- Mətbuatın buna aidiyyatı yoxdu. Bu məlumatı PFL-in rəsmi saytı yayıb...
- Mənə heç kim heç nə deməyib. Mənim bildiyim odu ki, “Xəzər Lənkəran” məni transferə çıxarıb. Klubla aramda heç bir problem yoxdu. Futbolçunun həyatı elədi ki, hərdən iş yerini dəyişməli olur.
 
- “Xəzər Lənkəran”da hesab edirlər ki, siz klub tapana qədər əvəzedici komanda ilə məşq edə bilərsiz...
- (bir qədər pauza verir) Onlar belə deyiblər? Hər şey ola bilər. Amma mən hələ bu barədə düşünməmişəm. Ümid edirəm ki, klubsuz qalmayacağam. Ola bilsin ki, elə Bəhreynlə oyundan sonra hansısa komandaya keçidim rəsmiləşsin.
 
- Bəs alınmasa necə olacaq?
- O vaxt “Xəzər Lənkəran”ın təklifi barədə düşünməli olacağam. Belə suallara dərhal cavab vermək mümkün deyil. Mənə maraq var. Amma məsələyə düzgün yanaşmaq lazımdı. Bəzi problemlər var ki, onları həll etməliyəm.
 
- Deməli, cənub klubuna qayıtmaq barədə düşünmürsüz?
- Məni transferə çıxarıblar, bu isə o deməkdi ki, kluba lazım deyiləm. Mən bu qərara hörmətlə yanaşıram. Mən bu komanda ilə çempion olmuşam, kubok qazanmışam.
 
- Siz öyrəndiniz ki, niyə transferə çıxarılmısız?
- Yəqin ki, Avropa Liqasında “Lech”dən buraxdığımız qola görə. Həmin qolu başa düşmək olardı. Məni sadəcə bir şey düşündürür: görəsən daha ciddi səhvə yol versəydim, onlar nə edərdilər?

 
- Hansı səbəblərdən özünüzə yeni klub tapa bilmirsiz?
- “Xəzər Lənkəran” mənə görə pul tələb edir. Həmin məbləği isə hər klub ödəyə bilmir. Bir qədər realist olmaq lazımdı. Amma mən inanıram ki, tezliklə hər şey həllini tapacaq.
 
- Baş məşqçi Berti Foqts deyib ki, hazırda qapıçı mövqeyi millidə əsas problemdi...
- O, bizim problemlərimizi hamıdan yaxşı bilir. O, belə deyibsə, deməli, elədi. Burda mənim günahım yoxdu. Belə şeylərdə hər şey futbolçudan asılı olmur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.