16 avqust 2012 02:57
Yığmamızın rəqiblərindən yalnız Portuqaliya sevindi (YENİLƏNİB)
Bu gün Bəhreyn ilə üz-üzə gələn Azərbaycan yığması ilə yanaşı DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan komandalar da yoldaşlıq görüşlərində qüvvəsini sınayıblar. Azerisport.az xəbər verir ki, seçmə mərhələdəki bütün rəqiblərimiz sınaq matçına çıxıblar.
Sentyabrda qarşılaşacağımız rəqiblərdən İsrail Macarıstanın qonağı olub, Portuqaliya Panamanı qəbul edib. Digər rəqiblərimizə gəlincə, Lüksemburq Gürcüstanla, Rusiya Kot-d’İvuarla, Şimali İrlandiya isə Finlandiya ilə qarşılaşıb.
Rusiya yığması yeni baş məşqçisi Fabio Kapello ilə çıxdığı ilk oyundan sülhlə ayrılıb. Elə İsrail də macarlarla dueldə heç-heçəyə razılaşıb. Şimali İrlandiyanın Finlandiya ilə görüşü daha dramatik alınsa da, bu oyun da sülhlə bitib. Lüksemburq qonşu Gürcüstan millisinə məğlub olub. Millimizin rəqiblərindən yalnız Portuqaliya qələbə qazanıb.
Yoldaşlıq oyunları
15 avqust
Rusiya – Kot-d’İvuar - 1:1 (0:0)
Qollar: Dzaqoyev, 55 - Qradel, 78.
Lüksemburq – Gürcüstan - 1:2 (0:2)
Qollar: Amisulaşvili, 2; 32.
Qollar: Dşudşak, 51 - Hemed, 80.
Şimali İrlandiya – Finlandiya - 3:3 (2:2)
Qollar: Ferquson, 7, Lafferti, 19, Paterson, 83-pen - Sparv, 22, Pukki, 24, Hetemaj, 78.
Portuqaliya – Panama - 2:0 (1:0)
Qollar: Oliveyra, 31, Ronaldo, 51.
