15 avqust 2012 12:08
Neftçi Avropa Liqası üçün iştirak ərizəsini açıqladı
Azərbaycan çempionu “Neftçi” Kiprin APOEL klubuna qarşı keçirəcəyi Avropa Liqasının pley-off oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun siyahısında 22 futbolçu yer alır.
Yeni siyahıya daxil edilənlərdən biri Mahir Şükürovdu. Onunla yanaşı makedoniyalı müdafiəçi İqor Mitreski də yenidən heyətə qaytarılıb. Hansı ki, makedoniyalı futbolçu Rauf Mehdiyev və Rail Məlikovla birgə transferə çıxarılmışdı. Amma görünür rəhbərlik yerli futbolçulardan fərqli olaraq, legioner oyunçunu bağışlamağa qərar verib.
Qapıçılar: 12. Emil Balayev, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə, 22. Mahir Şükürov;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 14. Bahodir Nasimov, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev.
