15 avqust 2012 00:18

Yeni tsikl öncəsi son sınaq

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınaq matçını keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız DÇ-2014-ün seçmə mərhələsinə hazırlıq prosesi çərçivəsində Bəhreyn ilə yoxlama matçına çıxacaq.
 
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, bəhreynlilər artıq bir dəfə Azərbaycan yığmasına rəqib olublar. Həmin görüş də yoldaşlıq oyunları çərçivəsində baş tutub. 2008-ci ilin 15 oktyabr tarixində Manamada keçirilən qarşılaşmada yığmamız qələbəyə sevinmişdi - 2:1. Hansı ki, həmin görüşdə forma geyən futbolçuların bəzisi hazırda da millimizin heyətində yer almaqdadılar və bu dəfə yenidən eyni uğuru təkrarlamaq arzusundadılar.
 
Bu dəfə isə yığmamızın qələbə qazanmaq şansları bir qədər də yüksəkdi. Məsələ burasındadı ki, bir neçə il əvvəlki qarşılaşma ilə müqayisədə bu dəfəki oyun doğma meydanda – Bakıda keçiriləcək. Bu isə o deməkdi ki, yığmamız rahat şəkildə öz oyununu sərgiləmək və seçmə mərhələ öncəsi növbəti qələvəsini qazanmaq imkanına malik olacaq.
 
Millimiz bu görüşə heç də yaxşı əhval-ruhiyyədə çıxmayacaq. Məsələ burasındadı ki, bu ilin əvvəlində baş tutan Dubay toplanışındakı xoşagəlməz nəticələrdən tutmuş bir neçə ay öncəki Yaponiya məğlubiyyətinə (0:2) və Andorra biabırçılığına (0:0) qədər heç nə yaddan çıxmayıb. Bunu unutdurmaq üçün mütləq parlaq bir oyuna və ya yaxşı bir nəticəyə ehtiyac olsa da, Berti Foqtsun yetirmələri hələ ki, buna nail ola bilmir. Amma ümid edək ki, Bəhreynlə qarşılaşmada bu uğursuz gedişə nəhayət son qoymaq mümkün olacaq.

Bu azmış kimi, yığmamız bu matça optimal heyətlə də çıxa bilməyəcək. Əsas heyət oyunçularından olan yarımmüdafiəçi Əfran İsmayılov zədəli olduğundan millidən kənarlaşdırıldı. Əvəzində təxminən bir illik fasilədən sonra Vaqif Cavadovun yenidən yığmaya dönüşü müsbət məqamlardan biri kimi vurğulana bilər.
 
İstənilən halda yığmamız Bəhreyni məğlub etməyə sadəcə borcludu. Məsələ burasındadı ki, rəqibimiz heç də dünyanın ən güclü yığma komandalarından hesab olunmur. Düzdü bu komanda FİFA-nın açıqladığı son reytinq cədvəlində millimizdən bir neçə pillə öndədi. Belə ki, Bəhreyn 331 xalla 102-ci pillədə qərarlaşıb. Azərbaycan isə 308 xalla 108-cidi. Amma bu, Foqtslu millimizi qətiyyən qorxutmamalıdı.
 
Azərbaycan yığması 2012-ci ildə altıncı oyununa çıxacaq. Millimiz fevral ayındakı Dubay toplanışı çərçivəsində öncə Sinqapurla, ardından isə Hindistan və Fələstinlə üz-üzə gəlmişdi. İlk görüşdə futbolçularımız 2 top fərqi ilə öndə olduqları halda, son saniyələrdə qələbəni əldən vermişdilər – 2:2. Lakin hindistanlılarla qarşılaşmada daha diqqətli oynamaqla komandamız bu ilki ilk qələbəsini rəsmiləşdirmişdi – 3:0. Fələstinlə qarşılaşma isə heç kimin gözləmədiyi nəticəylə başa çatmışdı – 0:2. Məhz həmin yenilgidən sonra yetərincə tənqid olunan Foqtslu millimiz daha bir zərbəni Yaponiya ilə qarşılaşmada aldı – 0:2. Dünyanın ən zəif yığmalarından olan Andorranı yenə bilməməyimiz də (0:0) utancverici nəticələrdən biri kimi tarixə düşdü.
 
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 187-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 31-də qələbə qazanmışıqsa, 46-da də heç-heçə ilə təsəlli tapmışıq. 109 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 127 qol vurduğumuz halda, öz qapımızdan 334 top çıxarmışıq.
 
Yoldaşlıq oyunu
15 avqust
 
18:00. AZƏRBAYCAN – BƏHREYN
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.