15 avqust 2012 00:26
Azərbaycan millisinin İsrail və Portuqaliya ilə oyunlar üçün hazırlıq planı bəlli oldu
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq İsraillə qarşılaşmanın hazırlıq planını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu görüşün hazırlıqlarına avqustun 28-dən etibarən start verməyi planlaşdırır.
Belədə, millimizin İsraillə duelə hazırlıq üçün təxminən 10 gün vaxtı olacaq. Təbii ki, planlarda hansısa dəyişiklik baş verməsə.
Maraq üçün qeyd edək ki, yığmamızın İsraillə oyunu sentyabrın 7-də Bakıda keçiriləcək. Həmin görüşün səhəri günü isə komandamız Bragaya yola düşəcək. Çünki sentyabrın 11-də millimizi Portuqaliya ilə səfər oyunu gözləyir.
