15 avqust 2012 12:26
Millimizin oyununda İsrail casusu
Millimizin bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Bəhreyn yığması ilə keçirəcəyi yoldaşlıq oyunu DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizin də diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, Azərbaycan - Bəhreyn oyununu İsrail yığmasının məşqçisi Alon Hazan da izləyəcək.
Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsində millimiz ilk oyununu sentyabrın 7-də, Bakı şəhərində İsrail yığmasına qarşı keçirəcək.
