15 avqust 2012 12:35
Azərbaycanlı hakimlər İspaniya millisinin oyununda
AFFA ilə İspaniya Futbol Federasiyası arasında əməkdaşlıq uğurla davam etdirilir. Azerisport.az xəbər verir ki, İspaniya Futbol Federasiyası tərəfindən AFFA-ya rəsmi müraciət edilərək, sentyabrın 7-də, Pontevedra şəhərindəki "Pasaron" stadionunda İspaniya və Səudiyyə Ərəbistanı milliləri arasında keçiriləcək yoldaşlıq oyununun azərbaycanlı hakimlər tərəfindən idarə olunmasını istədikləri bildirilib.
AFFA müraciəti müsbət cavablandırıb. Beləliklə, İspaniya - Səudiyyə Ərəbistanı yoldaşlıq oyununun baş hakimi FIFA referisi Anar Salmanov olacaq. Ona FIFA referi köməkçiləri Yaşar Abbasov və Mübariz Haşımov kömək edəcəklər.
