16 avqust 2012 13:17

Branimir Subaşiç: Növbəti tsikl Azərbaycan futbolu tarixində ən yaxşı olmalıdı

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç azerisport.az saytına müsahibəsində Bəhreynlə yoldaşlıq oyunundan (3:0), eləcə də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşlərdən danışıb.
 
- Bəhreyn üzərində böyük hesabla qələbə qazanacağınızı gözləyirdiniz?
- Komanda bu oyuna çox ciddi hazırlaşmışdı. Düzdü, qazon o qədər də yaxşı vəziyyətdə deyildi. İsti də bizi əldən salmışdı. Amma üç qol vəziyyətindən yararlana bildik və Bəhreyni məğlub etdik. Bu qələbə həm bizə, həm də azarkeşlərə çox lazım idi. Çünki qarşıda bizi İsrail və Portuqaliya ilə daha ciddi sınaqlar gözləyir.
 
- Yığmamız güclü idi, yoxsa Bəhreyn zəif oynadı?
- İstənilən rəqibə hörmətlə yanaşmaq lazımdı. Reytinqindən asılı olmayaraq, bu komanda bir ölkəni təmsil edir. Özü də bəhreynlilərin yığması yaxşı komandadı. Sadəcə, elə komanda deyil ki, onu məğlub etməklə gələcəyə böyük ümidlərlə baxasan. Biz daha çox qol vura bilərdik. Hesab başqa cür də ola bilərdi. Daha iki yüz faizli qol imkanımız var idi. Amma həmin epizodlarda uğur bizdən üz döndərdi.
 
- Deməli, siz yığmanın çoxlu səhvlər buraxması ilə razısız?
- Bunda qorxulu heç nə yoxdu. Çünki Azərbaycanda mövsüm hələ yenicə başlayır. Səhvlər isə hamıda olur. Bu qələbədən sonra deyə bilmərik ki, biz seçmə mərhələyə tam hazırıq. Çünki rəqiblərimiz Bəhreyndən çox fərqlənirlər.
 
- Qarşıdakı İsrail və Portuqaliya ilə oyunlardan nə gözləmək olar?
- Bizdən həmişə layiqli oyun tələb olunur. Mən indi komandanın adından nəsə söz verə bilmərəm. İsraillə oyuna qədər hələ vaxt var. Biz onlara qarşı daha yaxşı oynaya bilərik. Özü də oyun doğma meydanda olacaq. İsraili məğlub etmək lazımdı ki, seçmə mərhələyə uğurlu start verək. Qarşıdakı tsikl Azərbaycan futbolu tarixində ən yaxşı olmalıdı.
 
- Bəs Portuqaliya ilə oyun?
- Bu, qrupumuzun aşkar favoritinə qarşı oyun olacaq. Çox şey bizim İsrailə qarşı necə oynamağımızdan asılıdı. İlk oyunda qazanılacaq qələbə bizə özünəinam qazandıra bilər. Bu isə təbii ki, portəgizlərlə oyunda da öz sözünü deyəcək. Hər tsikldə azarkeşlər bizə inanırlar. Amma biz seçmə mərhələlərə uğurla başlaya bilmirik. Əminəm ki, daha yaxşısına nail olacaq gücdəyik.
 
- Vaxtilə Azərbaycan Portuqaliyaya səfərdə böyük hesabla uduzub. Ümid var ki, bu dəfə həmin aqibəti yaşamayaq?
- Azərbaycan futbolunda çox şey dəyişik. Yığma komanda artıq böyük hesablarla uduzmur. Əlbəttə, Portuqaliya güclüdü. Onlarla səfərdə oynamaq hər komanda üçün problemdi. Amma biz yaxşı nəticə qazanmağa çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.