16 avqust 2012 01:14
Vüqar Nadirov: Yeni tsikldə də belə ürəkdən oynayacağıq
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov Bəhreynlə Bakıdakı yoldaşlıq oyunundan (3:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Vüqar, hava çox isti deyildi?
- Şübhəsiz ki, çox isti hava şəraitində oynamaq məcburiyyətində qalmışdıq. Amma oyun vaxtı buna o qədər də ciddi fikir vermirdik. Oyun ərəfəsindəki məşqlərdə belə istiyə alışmışdıq.
- Şübhəsiz ki, çox isti hava şəraitində oynamaq məcburiyyətində qalmışdıq. Amma oyun vaxtı buna o qədər də ciddi fikir vermirdik. Oyun ərəfəsindəki məşqlərdə belə istiyə alışmışdıq.
- Göründüyü qədərilə, bu isti hava sizdən daha çox rəqib komandaya çətinlik yaratdı...
- Düşünmürəm ki, burda istinin ciddi təsiri olsun. Sadəcə, biz çox yaxşı oynadıq. Hava şəraiti münasib olmasa da, biz əsl komanda oyunu sərgilədik. Demək olar ki, bütün oyun ərzində topa nəzarəti əldən vermədik. Fiziki cəhətdən rəqibdən daha dözümlü olduq. Onlara hətta əks-hücum şansı da vermirdik. Ələ düşən epizodlardan yararlana bildik. Nəticədə də inamlı qələbə qazandıq.
- Meydanda hər istəyinizi həyata keçirməyiniz həm də rəqibin zəifliyindən xəbər vermir ki?
- Əlbəttə, Bəhreyn İsrail deyil. Amma bizim üçün əsas amil yoxlama oyunu keçirmək idi. Heyəti yoxlamaq, komandadakı psixoloji durumu yaxşılaşdırmaq önəmli məqamlardan idi.
- Əlbəttə, Bəhreyn İsrail deyil. Amma bizim üçün əsas amil yoxlama oyunu keçirmək idi. Heyəti yoxlamaq, komandadakı psixoloji durumu yaxşılaşdırmaq önəmli məqamlardan idi.
- Deməli, millimiz yaxşı başa düşür ki, İsraili də oxşar şəkildə topsuz saxlamaq mümkün olmayacaq?
- Şübhəsiz. Amma bu, o demək deyil ki, israillilərlə oyunda topsuz qaçacağıq. Biz həmin oyunda başqa cür oynamalı olacağıq. Bəhreynlə qarşılaşmada uşaqlar ürəkdən oynadılar. Bunu seçmə mərhələdə də görəcəksiz.

- Yəqin ki, bu qələbə sizə əlavə əminlik qazandırdı?
- Niyə də yox? DÇ-2014-ün seçmə mərhələsinə qısa vaxt qalıb. Artıq yeni tsikldəki ilk oyuna hazırlaşırıq. İnanıram ki, İsraillə oyunadək tam hazır olacağıq.
- Niyə də yox? DÇ-2014-ün seçmə mərhələsinə qısa vaxt qalıb. Artıq yeni tsikldəki ilk oyuna hazırlaşırıq. İnanıram ki, İsraillə oyunadək tam hazır olacağıq.
- Yeri gəlmişkən, nəhayət Azərbaycan millisi yenidən əsas arenaya qayıtmağa hazırlaşır...
- Bu, yaxşı xəbərdi. Yenilənmiş Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq çox xoş olacaq. İnanıram ki, tribunalar da tam dolu olacaq.