16 avqust 2012 13:37
Qəbələnin futbolçuları millidən qələbə ilə qayıdır (FOTO)
“Qəbələ”nin 6 futbolçusunun dünən – avqustun 15-də keçirilən milli komandalar arasında keçirilən yoldaşlıq oyunlarına dəvət aldığı barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, 6 futbolçunun təmsil olunduğu 4 yığma keçirdiyi oyunları qələbə ilə yekunlaşdırıb.
Belə ki, Aleksandr Çertoqanov, Vurğun Hüseynov və Anar Nəzirovun çağırıldığı Azərbaycan yığması Bəhreyni 3:0, Omar Kalabanenin şərəfini qoruduğu Qvineya millisi Mərakeşi 2:1, Deyan Kelharın dəvət aldığı Sloveniya yığması Rumıniyanı 4:3, Urfan Abbasovun çıxış etdiyi Azərbaycan U-21 komandası estoniyalı həmyaşıdlarını 2:0 hesabilə məğlub edib. Bu futbolçulardan ən ağır məsuliyyət isə Omar Kalabanenin çiyninə düşüb. Kapitan kimi Qvineya millisinə liderlik edən müdafiəçi komandasının qələbəsində böyük pay sahibi olub.
