16 avqust 2012 14:30
Bakının futbolçusu yığmamızın rəqibini məğlub etdi
Futbol üzrə Gürcüstan yığması növbəti yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, qonşu ölkə millisi yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki rəqibi Lüksemburqla qarşılaşıb.
Oyun gürcülərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Bakı”nın futbolçusu Georgi Popxadze də matçın iştirakçısı olub. Baş məşqçi Temuri Ketsbaya onu 60-cı dəqiqədə Gürcüstanın qapısına vurulmuş ikinci qolun müəllifi Aleksandr Amisulaşvilinin yerinə meydana buraxıb. İlk qolu isə Levan Mxedlidze vurub.
