16 avqust 2012 02:15
Bakının oyunçusu komandasını xilas edə bilmədi
“Bakı”nın futbolçusu Litva millisinin heyətində yoldaşlıq oyununun iştirakçısı olub. Azerisport.az xəbər verir ki, Deyvidas Çesnauski Makedoniyaya qarşı oynayıb.
Qarşılaşma makedoniyalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna Qoran Pandev imza atıb.
Start heyətində yer almayan Çesnauski 46-cı dəqiqədə Saulius Mikoliunasın yerinə meydana çıxıb. AZAL-ın hücumçusu Andrius Veliçka isə “18-liy”ə düşməyib.
