16 avqust 2012 02:52
Qarabağla AZAL-ın oyunçuları Tiranada sülh bağladılar
Ötən gecə Albaniya və Moldova yığmaları arasında keçirilən yoldaşlıq oyununda hər iki komandanın heyətində Premyer Liqamızdan bir futbolçu çıxış edib. Azerisport.az xəər verir ki, Albaniya yığmasının heyətində “Qarabağ”ın üzvü Ansi Aqolli forma geyinib.
O, 73-cü dəqiqədə komanda yoldaşı Emilyano Vilanın əvəzinə meydana çıxıb. Moldova yığmasında isə AZAL-ın oyunçusu Artur Petraş start heyətində yer alıb və 77-ci dəqiqədə Aleksandr Dedov tərəfindən əvəzlənib.
Yunis Yıldırımın idarə etdiyi matç 0:0 hesabı ilə başa çatıb.
