16 avqust 2012 16:25

Böyükağa Hacıyev: Bütün azarkeşləri stadiona dəvət edirəm

Hazırda müalicə olunan "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir:
 
- Böyükağa müəllim, özünüzü necə hiss edirsiniz?
- Şükür Allaha, özümü yaxşı hiss edirəm. Moskvada əməliyyat olunduqdan sonra səhhətimdə müsbətə doğru böyük dəyişiklik baş verdi. Müalicəmin yüksək səviyyədə təşkili klub prezidenti Sadıq Sadıqovun qayğısı sayəsində oldu. Hər gün klub nümayəndələri gəlib baş çəkirlər. Hər kəsə minnətdaram. İndi palata şəraitində müalicə olunuram. Həkimlər bərpa prosesini uğurla keçdiyimi deyirlər. Yəqin bu həftənin sonuna kimi evə buraxılacam və komandanın yanında olacam.
 
- Avrokubok oyunlarında komandanın yanında ola bilmədiniz. "Neftçi"inin göstərdiyi oyun sizi qane etdimi?
- "Zestafoni" ilə qarşılaşmada komandamız yaxşı təsir bağışlamışdı. Bu rəqibə qarşı Avstriyada olarkən hazırlaşmışdıq. Orada Gürcüstan komandasının oyununu da canlı izləmişdik və qeydlərimizi aparmışdıq. "Hapoel"lə qarşılaşmada isə ilk 35 dəqiqədə istədiyimiz futbolu oynadıq. Bundan sonra müdafiədə kobud səhvlərə yol verdik və rəqib də bundan yararlandı. Cavab oyununda isə bu məğlubiyyətin əvəzini çixmaq çox çətin idi.
 
- Komandamız Avroliqa turnirinin pley-off mərhələsində Kiprin APOEL klubu ilə üz-üzə gələcək. Bu rəqib haqqında nə deyə bilərsiniz?
- Rəqibimiz təcrübəli futbolçulardan qurulub. Ötən mövsüm Çempionlar Liqasında ¼ final mərhələsinə qədər irəlilədilər və "Real" Madrid kimi güclü kluba məğlub olaraq mübarizəni dayandırdılar. APOEL-in oyunlarının videoyazısını izləyirəm və bu barədə məşqçilərlə söhbətimiz olub. Həkimlər icazə vermirlər deyə bu qarşılaşmalarda komandanın yanında ola bilməyəcəm, amma ürəyim onlarla birgədir.
 
- Kipr klubuna qarşı ilk matçımızı evdə keçirəcəyik. Azarkeş dəstəyi "Neftçi"nin uğurunda böyük rol oynaya bilər.
- Mən inanıram ki, azarkeşlər APOEL ilə qarşılaşmada komandamızı tək qoymayacaq. "Zestafoni" ilə görüşdə futbolsevərlər arenanı doldurmuşdu. İnanıram ki, bu dəfə də belə olacaq. Bütün azarkeşləri stadiona dəvət edirəm. Qoy gəlsinlər və dəstək olsunlar. Rəqibin kimliyindən asılı olmayaraq "Neftçi" meydana qələbə üçün çıxacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.