16 avqust 2012 17:08
APOEL-in qapıçısı sıraya döndü
Kiprin APOEL klubu Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” ilə oyunları öncəsi daha bir xoş xəbər alıb. Azerisport.az xəbər verir ki, komandanın qapıçısı Panos Konstantinu sıraya dönüb.
Qeyd edək ki, bu qapıçı da komandanın daha beş futbolçusu kimi, son dövrlər zədəsini sağaltmaqla məşğul idi. Lakin digərlərindən fərqli olaraq, Panos artıq fərdi məşqlərə start verib. Komandanın əsas qapıçısı hesab olunmasa da, lazım gələcəyi hada, o da Azərbaycan çempionuna qarşı oynaya biləcək.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 23:00-da başlayacaq.
