16 avqust 2012 18:30
Rauf Mehdiyev özünə yeni klub tapdı
“Neftçi”nin transferə çıxardığı futbolçulardan biri özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, Rauf Mehdiyev “Turan”la anlaşıb.
Hazırda Tovuz klubu onunla müqavilənin son detallarını müzakirə edir. Böyük ehtimalla Rauf karyerasını məhz “Turan”da davam etdirəcək.
Qeyd edək ki, Rauf Mehdiyev Rail Məlikov və İqor Mitreski ilə birlikdə “Hapoel”lə (Kiryaş Şmona, İsrail) oyundan sonra transferə çıxarılmışdı. 35 yaşlı Rauf Mehdiyev 2010-cu ildən “Neftçi”də çıxış edirdi.
Yeri gəlmişkən vurğulayaq ki, “Turan” Mehdiyevlə yanaşı yollarını ayırdığı futbolçulardan da birini geri qaytarıb. Bu, gürcü yarımmüdafiəçi Georgi Qoqoberişvilidi. Onunla bir illik müqavilə imzalanıb.
