16 avqust 2012 11:27
Qəbələnin futbolçusu millidə ehtiyatda qaldı
“Qəbələ”nin futbolçusu Deyan Kelhar Sloveniya milli komandasının formasını geynə bilməyib. Azerisport.az xəbər verir ki, baş məşqçi Slavişa Stoyanoviç bölgə klubunun yeni transferinə dəvət göndərsə də, ona Rumıniya ilə oyunda şans verməyib.
Oyuna gəlincə, 90 dəqiqə ərzində qapılara 7 qol vurulub və meydan sahibləri 4:3 hesablı qələbə qazanıb.
