16 avqust 2012 11:43
Bu gün mərkəzi arenanın açılış olacaq
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunun rəsmi açılış mərasimi olacaq. Azerisport.az xəbər verir ki, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.
Qeyd edək ki, arena artıq bir neçə aydı ki, təmirə bağlanmışdı. Təmir və yenidənqurma işlərindən sonra bu arenada ilk olaraq DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan – İsrail matçının keçirilməsi nəzərdə tutulub.
