16 avqust 2012 00:27
“Məni narazı salan əsas məqam hesabın daha böyük olmamasıdı”
Azərbaycan U-21 yığmasının baş məşqçisi Bernhard Lippert ötən gün Estoniya yığma komandası ilə keçirilmiş yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandamızın 2:0 hesablı qələbəsini belə şərh edib:
“İlk hissədən qətiyyən razı qalmadım. Futbolçular ancaq top ötürməklə məşğul olduqlarından rəqibə çətin anlar yaşatmırdılar. Ancaq ikinci hissədə aqressiv və sürətli futbol oynadıq. Bir neçə qol imkanı yaratdıq. Məni narazı salan əsas məqam hesabın daha böyük olmamasıdı".
