16 avqust 2012 00:19
“Azərbaycan yığması bundan istifadə edib iki qol vurdu”
Estoniya U-21 yığmasının baş məşqçisi Frank Bernhard ötən gün Azərbaycan yığma komandası ilə keçirilmiş yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:2 hesabıyla məğlub olduğu görüşü belə şərh edib:
“Bizim hücumlarımız cərimə meydançasına qədər davam edirdi. İlk hissədə fərqlənmək imkanlarımız oldu, ancaq onlardan istifadə edə bilmədik. İkinci hissədə müdafiədə boşluqlar buraxıb hücuma atıldıq. Azərbaycan yığması da bundan istifadə edib iki qol vurdu. Hərçənd hesab daha böyük ola bilərdi".
