17 avqust 2012 01:02
“Bu, Azərbaycan idmanı üçün böyük bayramdı”
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov ötən gün baş tutan açılış mərasimindən sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, Azərbaycan idmanı üçün böyük bayramdı. Hamını bu münasibətlə təbrik edirəm. Arenanın təmir və yenidənqurmadan sonra açılışı olsa da, hələ bəzi çatışmazlıqlar qalır. Amma yaxın iki həftə ərzində qalan işlər də tam yekunlaşacaq. Bununla əlaqədar sentyabrın əvvəlinə kimi arenamızda heç bir oyun keçirilməyəcək. Bu stadionda ilk olaraq sentyabrın 7-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan – İsrail oyunu keçiriləcək”.