17 avqust 2012 13:06

Dimitris Sialmasın Bakıya keçidi rəsmiləşir

Xəbər verdiyimiz kimi, yunanıstanlı hücumçu Dimitris Sialmas karyerasını “Bakı”da davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Yunanıstan mətbuatı tərəflər arasında danışıqlar getdiyini bəyan etsə də, sonradan baş məşqçi Bojidar Bandoviç heç bir yunan futbolçu ilə maraqlanmadıqlarını bəyan etmişdi.
 
Amma son məlumatlara görə, Sialmas elə bu gün “Bakı”nın futbolçusu ola bilər. Belə ki, yaxın saatlarda futbolçunun agenti ilə hazırkı klubu AEK rəhbərliyi arasında yekun danışıqlar olacaq. Dimitris hazırda komanda yoldaşları ilə hazırlıqlarını davam etdirsə də, Yunanıstanda artıq hər kəs onun komandadan gedəcəyi günü gözləyir. Son məlumatlara inansaq, o, artıq bu gün bilet alıb, Bakıya təşrif buyura və yeni klubu ilə münasibətlərini rəsmiləşdirə bilər.
 
Qeyd edək ki, “Bakı” ilə yanaşı, Sialmasın indiki klubu da ona yeni müqavilə təklif edib. Amma AEK-in yeni təklifi həm oyunçunu, həm də agentini razı salmır. Çünki onlar “Bakı”nın daha sərfəli təklifini dəyərləndirmək istəyindədilər. Bu üzdən futbolçu hətta transferinə görə Yunanıstan təmsilçisinə çatacaq 80 000 avroluq məbləği də özü ödəməyə hazırdı.
 
Yunanıstan mətbuatının məlumatına görə, Azərbaycan klubu Sialmasa 300 min avro təklif edib. Onun illik maaşı 140 min avro olacaq. Amma mükafatlarla birgə bu məbləğ 200 min avroya qədər yüksələ bilər.
 
Maraq üçün qeyd edək ki, 1986-cı ildən anadan olan Sialmasın ilk peşəkar klubu 2005-2006 mövsümündə çıxış etdiyi “Ethnikos Asteras” klubu olub. 2006-2008-ci illər aralığında isə o, “Panionios”un şərəfini qoruyub (24 oyun, 6 qol). 2008-2009 mövsümündə “Ethnikos Piraeus”da 18 oyun keçibi, 7 qola imza atıb. 2009-cu ildə isə onu “PAS Giannina” transfer edib. Sialmas 2011-ci ilə qədər çıxış etdiyi bu komanda 35 oyun keçirib, 18 qol vurub. Həmin müddətdə o, icarə əsasında “Olympiakos”da da oynayıb – 9 oyun, 3 qol. Son klubu AEK-də isə 20 oyun keçirib, 4 qola imza atıb.
 
“Bakı” bir müddət öncə Sialmasdan öncə daha bir hücumçu almışdı. Bu, Yunanıstan yığmasında da çıxış etmiş Vangelis Mantsiosdu. Vaxtilə Yunanıstanda çalışmış Bojidar Bandoviçin yunan futbolçulara marağı da məhz burdan qaynaqlanır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.