17 avqust 2012 13:28
Van Persi şeytan oldu
Transfer dönəminin ən çox müzakirə olunan isimlərindən olan Robin van Persinin “Arsenal”ı tərk etməsi rəsmiləşib. Azerisport.az xəbər verir ki, hollandiyalı ulduz nəhayət ki, “Manchester United”ə keçib.
Bu barədə Mançester klubunun rəsmi saytı açıqlama yayıb. Açıqlamada bildirilir ki, futbolçu Mançesterə gələcək, müqavilə şərtlərini müzakirə edəcək və tibbi müayinədən keçəcək. Anlaşmanın şərtləri və müqavilənin müddəti barədə isə açıqlama verilmir.
Qeyd edək ki, van Persi 2004-cü ildə “Feyenoord”dan transfer olunduğu “Arsenal”da 194 oyun keçirib və 96 qol vurub.
