17 avqust 2012 13:36

Yığmamızın qapıçısı özünə yeni klub tapdı

Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Andrey Popoviç özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, gənc qapıçı növbəti mövsümü “Turan”da keçirəcək.
 
Müqavilə ilə “Bakı”ya məxsus olan Popoviçlə 1 illik anlaşma imzalanıb. Berti Foqtsun bir müddət əvvələ qədər yığmanın toplanışlarına da cəlb etdiyi qolkiper bu yay Ukrayna klubunda baxışda olsa da, transferi baş tutmamışdı. Nəticədə, Popoviç icarə əsasında Tovuz klubunda oynamağa qərar verib. Xatırladaq ki, o, ötən mövsüm icarə əsasında “Sumqayıt”da çıxış edirdi.
 
Popoviçin gəlişi ilə eyni vaxtda “Turan” bir müddət öncə heyətinə qatdığı Mikayıl Yusifovdan imtina edib. İlk iki turda komandanın qapısını qoruyan qolkiper baş məşqçinin etimadını doğrultmayıb. Nəticədə, Yusifovla qısa müddətdən sonra yollarını ayıran tovuzlular onun gedişi ilə yaranan boşluğu məhz Popoviçlə doldurublar.
 
Maraq üçün qeyd edək ki, Yusifovun gedişindən sonra “Turan”ın “Neftçi”dən ayrılan Rauf Mehdiyevi heyətinə qatması gündəmdə idi. Amma onun yüksək maaş istəməsi keçidin baş tutmasına mane olub. Buna görə də əyalət təmsilçisi Popoviçi icarəyə götürmək məcburiyyətində qalıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.