17 avqust 2012 13:49
“Neftçiylə oyundan istədiyimiz nəticə ilə dönəcəyimizə inanıram”
“Qəbələ” Premyer Liqanın 3-cü turunun “Neftçi” ilə oyununa iddialı yollanır. Azerisport.az xəbər verir ki, komandanın matça tam hazır olduğunu söyləyən baş məşqçi Fatih Kavlak rəqiblərinin güclü olduğunu, buna baxmayaraq paytaxtdan istədikləri nəticə ilə dönəcəklərinə inandığını söyləyir:
“Neftçi”nin gücü haqda əlavə sözə ehtiyac yoxdu. Onlar son iki mövsümün çempionudurlar. Çempionlar Liqasına uğurlu start versələr də, növbəti mərhələdə bu turnirlə vidalaşmalı oldular. Premyer Liqanın startı da rəqibimiz üçün uğurlu alınmadı. Heyətdə də bəzi dəyişikliklər oldu. “Neftçi” bizimlə oyuna çox ciddi hazırlaşıb. “Qəbələ” ilə oyunda yaxşı nəticə qazanıb Avroliqa matçına yüksək əhval-ruhiyyədə çıxmaq istəyirlər. Biz də oyuna ciddi hazırlaşmışıq. Heyətimizdə itki yoxdu. Paytaxta maksimum nəticə üçün gəlirik. İnanıram kı, Bakıdan istədiyimiz nəticə ilə dönəcəyik”.
