17 avqust 2012 14:57
“Neftçini məğlub etmək üçün çoxlu güc sərf etməliyik”
“Qəbələ”nin yarımmüdafiəçisi Aleksandr Çertoqanov Premyer Liqanın 3-cü turunun “Neftçi” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizi “Neftçi” ilə çətin oyun gözləyir. Qələbə qazanmaq üçün çoxlu güc sərf etməliyik. Qarşılaşma saat 18:00-da başlayacaq. Bu üzdən isti hava şəraitində meydanda hərəkət etmək daha da çətinləşəcək. İstənilən halda qələbəyə oynayacağıq. Xal ehtiyatımızı yaxşılaşdırmaq üçün buna məcburuq”.