17 avqust 2012 15:55

“Azərbaycan yığmasının real gücünü seçmə mərhələdəki oyunlar göstərəcək”

Futbol üzrə Azərbaycan yığmasının və “Qəbələ”nin yarımmüdafiəçisi Aleksandr Çertoqanov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 3-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri oyundan, eləcə də DÇ-2014-ün seçmə mərhələsindən danışıb.
 
- “Neftçi” ilə oyuna hazırlıqlar necə gedir?
- Komandamızın hazırlıqları dövründə mən yığmanın düşərgəsində idim. Amma komanda bu görüşə hazırdı. Bizi çətin oyun gözləyir. Bizim işimizi çətinləşdirən daha bir amil bu komandanın ilk oyununda məğlubiyyətlə üzləşməsidi. Düşünmürəm ki, “Neftçi”nin planlarına “Qarabağ”ın ardınca “Qəbələ”yə uduzmaq da olsun.
 
- “Qarabağ” rəqib komandanın avrokuboklardakı yorğunluğundan yararlandı. Bunu “Qəbələ” də təkrarlaya biləcək?
- Mən rəqibin o qədər də yorğun olduğunu düşümürəm. Çünki mövsüm hələ yenicə başlayıb. Ölkə çempionu yaxşı hazırlıq keçib. Komandada kifayət qədər gənc futbolçular var. Hansı ki, hamısı yaxşı formadadılar.
 
- Bakılıların Avropa Liqasının pley-off mərhələsi çərçivəsində APOEL-ə qarşı keçirəcəkləri ilk oyun öncəsi bəzi əsas heyət oyunçularına istirahət verməsi gözlənilir...
- Onların heyətlə bağlı problemi ola bilməz. Həm də bu, bizim problemimiz deyil. Bizə ancaq öz oyunumuzu düşünmək lazımdı. Necə də olmasa, biz ölkə çempionuna qarşı oynayacağıq. Heç bir halda arxayınlaşmaq hüququmuz yoxdu. Çünki biz bu görüşdə qələbə qazanmaq istəyirik.
 
- Komandanın mövsümə startından razısız?
- “İnter”i məğlub etməyimiz sevindirməyə bilməz. Amma ondan öncə Zaqatalada iki xal itirməsəydik, daha yaxşı olardı. Bizim hələ də heyətlə bağlı çatışmazlıqlarımız qalmaqdadı. Ona görə də oyun planında artırmağımıza ehtiyac var.
 
- Sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək DÇ-2012 ilə bağlı Premyer Liqanın əksər klubları rəqiblərini neytral meydanda qəbul etməli olacaq. Amma favoritlərdən yalnız “Qəbələ” öz meydanında çıxış edə biləcək. Bunu sizin üçün müəyyən üstünlük saymaq olar?
- Mümkündü ki, bunun xeyri olsun. Amma elə də ciddi amil sayıla bilməz. Çünki Bakıdan fərqli olaraq, regionlarda azarkeş marağı daha yüksək olur. İstənilən halda bu, bizi maraqlandırmır. Əsas odu ki, lazım olan xallarımızı toplayaq.
 
- Yeri gəlmişkən, buna qədər Azərbaycan yığması da DÇ-2014-ün seçmə mərhələsində İsrail və Portuqaliya ilə qarşılaşacaq. Sizcə, yığmamız bu oyunlara hazırdı?
- Hazırlaşırıq. Baxaq, görək nə çıxacaq. Bu seçmə mərhələdə daha yaxşı nəticələrə imza atmaq istəyirik.
 
- Bəhreynlə oyunda qazanılan qələbəni komandamızın real gücü kimi qiymətləndirmək olar?
- Hər bir rəqibə ciddi və hörmətlə yanaşmaq lazımdı. Əgər Bəhreynə ciddi yanaşmasaydıq, uduza da bilərdik. Komandanın real gücünü isə seçmə mərhələdəki oyunlar göstərəcək.
 
- Xüsusilə də İsraillə ilk oyun...
- Bu oyun bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu oyunu yenilənmiş Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyik. Əminəm ki, stadion tam dolacaq. Xalqı sevindirmək istəyirik. Göstərməliyik ki, bizdə həqiqətən də yaxşı komanda var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.