17 avqust 2012 15:34
APOEL Dalğa Arenadakı oyuna xüsusi hazırlaşır
Kiprin APOEL klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəyi oyunların hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Nikosiya təmsilçisi məhz “ağ-qaralar”la oyuna daha yaxşı hazırlıq üçün artıq süni örtüklü qazonda məşq etmək qərarına gəlib.
Komandanın baş məşqçisi İvan Yovanoviç belə olan halda yetirmələrinin Bakıdakı “Dalğa Arena”nın süni örtüklü qazonuna daha yaxşı alışa biləcəyini düşünür.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 23:00-da başlayacaq.
