17 avqust 2012 17:18
Bayer və Bucasporun sabiq üzvü rəsmən Sumqayıtda
“Sumqayıt” növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi 1988-ci il təvəllüdlü əslən azərbaycanlı olan Erdal Çeliklə 1+1 sistemi üzrə müqavilə imzalayıb.
Karyerasına 2007-ci ildə Almaniyanın “Alemannia Aahen” klubunda başlamış futbolçu 2008-2011-ci illər ərzidə Leverkuzen “Bayer”ində çıxış edib. Erdal adıçəkilən klubun II komandasında 31 qarşılaşmada forma geyinib. Mərkəz müdafiəçi mövqeyində çıxış edəcək futbolçu “Rot Veyss Ahlen”də 14 qarşılaşmada 1 qola imza atıb. Erdal son olaraq ötən mövsüm “Bucaspor”un formasını geyinib – 8 oyun.
