17 avqust 2012 17:36
Neftçi - APOEL matçına bütün təyinatlar açıqlandı
Avropa Liqasının pley-off mərhələsinin ilkin oyunları çərçivəsində avqustun 23-də keçiriləcək “Neftçi” – APOEL oyununa bütün təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, sözügedən oyunu polşalı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın UEFA nümayəndəsi və hakim-inspektoru isə Rusiyadandı. Bütün təyinatlarla aşağıda tanış ola bilərsiz:
NEFTÇİ – APOEL
23 avqust, saat 21.00. Bakı. “Dalğa Arena”.
Hakimlər: Robert Malek, Kriştof Mirmus, Maçey Verzbovski, Tomas Vajda (Hamısı Polşa).
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya).
Hakim-inspektor: Sergey Zuev (Rusiya).
