17 avqust 2012 17:58
Rail Məlikov: Neftçi ilə bağlı bütün suallara sonra aydınlıq gətirəcəm
“Neftçi”nin sabiq futbolçusu Rail Məlikov azerisport.az saytına müsahibəsində paytaxt klubu ilə yollarını ayırmasından, eləcə də gələcək planlarından danışıb.
- “Neftçi” rəhbərliyi ilə görüşünüz oldu?
- Klub prezidenti Sadıq Sadıqovla görüşə bilmədim. Sadəcə, klubun bazasına getdim, transfer vərəqəmi aldım. Artıq bu klub qarşısında heç bir borcum yoxdu. Azad agentəm. İstədiyim kluba keçə bilərəm. Amma hələ harda oynayacağımı dəqiq bilmirəm. Hər şeyə həftənin sonuna kimi aydınlıq gəlməlidi.

- “Neftçi”nin sizə qarşı niyə belə davrandığının səbəbini öyrənə bildiniz?
- Bu haqda sonra danışacağam. İndi başqa işlərimlə məşğulam. Müəyyən vaxt keçəndən sonra bütün suallara aydınlıq gətirəcəyəm. Hazırda isə özümə yeni klub tapmaq istəyirəm. Kayreramı davam etdirmək üçün bu, vacibdi.

- Bölgə klublarından təklif alsaz, qəbul edəcəksiz?
- Hazırda rəsmi təklif yoxdu. Olmadığı üçün də bunu qiymətləndirməyin yeri yoxdu. İstəməzdim hər şey belə alınsın. Hər halda vaxtı gələndə harda oynayacağımı biləcəyəm.

- “Neftçi”nin Avropa Liqasında Kipr APOEL-i ilə görüşlərdəki şansları barədə nə deyə bilərsiz?
- Komandaya uğurlar arzulayıram. “Neftçi” Kipr klubunu keçməlidi. Azərbaycan futboluna avrokuboklarda uğur lazımdı. Məhz belə uğurlar futbolumuza marağı artıra bilər.

- Vaqif Cavadovun milliyə qaytarılmasını necə qarşıladınız?
- Mən həmişə demişəm ki, Cavadov yığmaya lazımdı. Nəzərə alsaq ki, bizim yaxşı futbolçularımız o qədər də çox deyil, Vaqif hücum xəttini gücləndirmək baxımından lazımlı oyunçudu. Şadam ki, onu komandaya qaytardılar. Yığmaya lazım olan futbolçular komandanın sıralarında olmalıdılar. DÇ-2014-ün seçmə mərhələsi ərəfəsində bu, vacib addım idi.