17 avqust 2012 18:04
“Qarabağ”la qarşılaşmada uğurlu nəticə əldə edə bilərik”
“Sumqayıt” Futbol Klubu “Qarabağ”la oyuna hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın müdafiəçisi Slavik Alxasov Ağdam klubu ilə oyun barəsində fikirlərini bildirib:
“Komandada əhval-ruhiyyə yüksəkdi. Tam gücümüzlə məşqlərimizi davam etdiririk. Uşaqlar yalnız “Qarabağ”la oyun haqqında düşünür. Unutmayaq ki, rəqibimiz Premyer Liqanın qalibi olmağa ən real namizədlərdən biridi. Oyun bizim üçün çox çətin keçəcək. “Qarabağ” açıq-aşkar cütün fovaritidir. Lakin biz də oyuna məğlub olmağa çıxmırıq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda azarkeşlərimizin dəstəyi ilə uğurlu nəticə qazana bilərik”.
