17 avqust 2012 18:11
Könüllülərlə təlimlər davam edir (FOTO)
7 aydı təbliğat və seçimləri davam etdirilən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin könüllüləri artıq ayrı-ayrı departamentlərlə görüşlərə başlayıb və uyğun olaraq bölünüblər. Azerisport.az xəbər verir ki, avqust ayının başlanması ilə könüllülərin treninqinə də start verilib.
Bu dəfə isə transport şöbəsi öz könüllüləri ilə nəzəri təlimlərə başlayıb. Təlim zamanı çempionat müddətində müştərək işləyəcək könüllülərin həm bir-birini, həm də departament əməkdaşlarını yaxından tanımaq imkanı olub. Onlara görülməsi gərəkən işlər, FIFA standartları, iş qaydaları barədə nəzəri məlumatlar verilib.
Qeyd edək ki, təlimlərin ikinci hissəsi isə stadionlarda, praktiki fəaliyyətlə davam etdiriləcək.
