17 avqust 2012 18:36
APOEL-də üç itki və plan dəyişikliyi
Kiprin APOEL klubu Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı Azərbaycan çempionu “Neftçi” ilə oyunlara tam heyətlə hazırlaşa bilmir. Azerisport.az xəbər verir ki, Nikosiya təmsilçisinin üç futbolçusu komandadan ayrı düşüb.
Bunlar hücumçu Aylton, müdafiəçi Marselo Oliveyra və qapıçı Panos Konstantinudu. Kipr mətbuatının yazdığına inansaq, braziliyalı hücumçu artıq fərdi məşqlərə başlayıb və mümkündü ki, “Neftçi” ilə görüşlərdə forma geyə bilsin. Amma digər futbolçuların nə vaxt hazır olacaqları hələlik dəqiq bilinmir.
Bu arada APOEL planlarında dəyişiklik edib. Belə ki, Kipr klubunun çalışdırıcısı İvan Yovanoviç “ağ-qaralar”ın sabah keçiriləcək “Qəbələ” ilə çempionat oyununu özü izləməyəcək. Çünki o, Bakıya köməkçisi Predraq Erakı göndərməyə qərar verib.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 23:00-da başlayacaq.
