18 avqust 2012 00:04

Yarısı ilk qələbə, yarısı zirvəyə qalxmaq eşqində

Bu gün və sabah futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun 4 qarşılaşması ilk, 2 görüşü isə son oyun günündə baş tutacaq.
 
Gəncədə yeni mövsümün ən uğursuzlarından olan “Kəpəz” AZAL-la üz-üzə gələcək. Fuad İsmayılovun komandası “Turan” və “Xəzər Lənkəran”la oyunlardakı məğlubiyyətdən sonra yenidən eyni uğursuzluğun təkrarlanmamasına çalışacaq. Gəncəlilər doğma azarkeşlərinin gözü qarşısında oynayacaqları üçün yalnız qələbə qazanmaqla özlərinə müəyyən bəraət qazandıra bilərlər. Amma bu, heç də asan olmayacaq. Çünki yeni mövsümün iddialılarından hesab olunan paytaxt klubu bu qarşılaşmada da qələbə qazanmağı hədəfləyib. “Təyyarəçilər” liderlər qrupundan ayrı düşməmək üçün buna borcludular.
 
Geridə qalan hər iki turda heç-heçə ilə barışmalı olan “Simurq” bu tur ilk qələbəsini qazanmağa çalışacaq. Bu baxımdan rəqib də münasibdi – “Turan”. Hər halda ötən mövsümün aşkar autsayderini məğlub etmək heyətini xeyli gücləndirmiş Zaqatala klubu üçün çətin olmamalıdı. Bir sıra adlı-sanlı legionerlərə malik bu komanda hələ ki, öz sözünü deyə bilməyib. Amma Georgi Çixradzenin komandası mövsümün sürpiz kollektivlərindən biri ola bilər. “Turan” isə son turda doğma meydanda “Sumqayıt”a məğlub olmaqla mövsümün açılış matçındakı Gəncə zəfərinin təsadüf olduğunu isbatlamış oldu. Bu komandanın Zaqatalada da eyni sürprizə imza atmaq şansları çox aşağı görünür.
 
Maraqlı görüşlərdən biri iki paytaxt klubu - “Rəvan”la “Bakı” arasında keçiriləcək. Demək olar ki, hər iki komanda bərabər gücə malikdi. Baxmayaraq ki, iddialarına görə, “zolaqlılar” həmişə daha çox diqqət mərkəzində olur. “Dalğa Arena”da keçiriləcək görüşdə hər iki komanda ilk qələbəsini rəsmiləşdirməyə çalışacaq. “Bakı” hələlik bir oyunda 1 xal qazanıbsa, “sarı-qırmızılar” bunu 2 oyuna edib.
 
Günün ən çox maraq doğuran qarşılaşması isə “Neftçi” ilə “Qəbələ” arasında baş tutacaq. Qeyd edək ki, ilk turda “Bakı” ilə oyunu avrokuboklardakı çıxışı ilə əlaqədar təxirə salınan son ölkə çempionu cəmi bir matç keçirib ki, onda da “Qarabağ”a uduzub. İndi paytaxt klubu həmin uğursuzluğu unutdurmağı hədəfləyib. “Qəbələ” isə əksinə, mövsümə nisbətən uğurlu başlayıb. Elə komandanın iki turdan sonra liderlər qrupunda qərarlaşması da bundan xəbər verir. Maraq üçün bildirək ki, indiyədək yalnız ölkə çempionatında qarşılaşan bu komandaların duellərində hələlik “Neftçi” öndədi. Bakılılar 7, “Qəbələ” 5 qələbə qazanıb, 4 qarşılaşma isə heç-heçə başa çatıb. Top fərqində də paytaxt təmsilçisi üstündü - 21:14. Amma Fatih Kavlak “Qəbələ”nin baş məşqçisi təyin olunandan bəri bölgə klubu “Neftçi” üçün əsl kabusa çevrilib. Həmin dövrdən bəri keçirilən hər üç oyunda “Qəbələ” qələbə qazanıb. Əgər Kavlak bu qarşılaşmadan da qalib ayrılsa, o "Neftçi"yə qarşı ardıcıl 4-cü qələbəyə imza atacaq.
 
Turun qalan iki oyunu bazar günü keçiriləcək. “Sumqayıt” yeni mövsümün əsas favoritlərindən sayılan “Qarabağ”la qarşılaşacaq. Şübhəsiz ki, Ağdam klubu bu qarşılaşmanın aşkar favoritidi. Amma ötən mövsüm Qurban Qurbanovun komandasına bir neçə sürpriz yaşadan sumqayıtlıların yenidən eyni uğuru təkrarlaması da istisna deyil. Ən azı ona görə ki, geridə qalan iki turda dörd xal toplayan və liderlər qrupunda qərarlaşan bu komanda heyətinə görə də xeyli güclənib. Bu üzdən də “Qarabağ”ı ciddi sınaq gözlədiyini demək olar. Lakin zirvədən aralı düşməmək üçün ağdamlılar “Neftçi” üzərindəki qələbəni bu dəfə də təkrarlamağa borcludular.
 
Nəhayət, turun mərkəzi oyununda “İnter”lə “Xəzər Lənkəran” qarşılaşacaq. Məlum olduğu kimi, bu komandaların görüşləri həmişə maraqlı və gərgin idman mübarizəsinə səhnə olur. Elə yeni mövsümdə də hər iki klub iddialıdı və çempionluq uğrunda mübarizə aparacaq. Bu yolda onların ilk duelinin necə başa çatacağı maraqla gözlənilir. “Bankirlər” mövsümə çox pis start veriblər. Bir oyunda heç-heçə edən bakılılar son turda da məğlubiyyətlə üzləşiblər. İndi Kaxaber Tsxadadzenin yetirmələri Qəbələdəki yenilgini unutdurmaq üçün mütləq “ağ-yaşıllar”ı məğlub etməlidilər. Amma bölgə klubu da Bakıya məğlub olmaq üçün yox, qələbə ardınca gəlir. Yunis Hüseynovun komandası uğurlu başlanğıcın davamını gətirmək üçün prinsipial qarşılaşmada ən azı uduzmamalıdı.
 
Premyer Liqa
3-cü tur
18 avqust (şənbə)
 
Kəpəz – AZAL
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Gəncə. Şəhər stadionu. 18:00.
 
Neftçi – Qəbələ
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məlik Həsənov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 18:00.
 
Simurq – Turan
Hakimlər: Orxan Məmmədov, İlham Əliyev, Rza Məmmədov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Səfər Haşımov.
Zaqatala. Şəhər stadionu. 19:00.
 
Rəvan – Bakı
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Dalğa Arena. 20:00.
 
19 avqust (bazar)
 
Sumqayıt – Qarabağ
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Murad Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 18:00.
 
İnter – Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. AZAL Arena. 20:30.
 
1
2
1
1
0
5-1
4
 
2
2
1
1
0
5-3
4
 
3
2
1
1
0
3-2
4
 
4
2
1
1
0
2-1
4
 
5
2
1
1
0
2-1
4
 
6
2
1
0
1
2-2
3
 
7
2
0
2
0
1-1
2
 
8
1
0
1
0
0-0
1
 
9
2
0
1
1
1-2
1
 
10
2
0
1
1
2-4
1
 
11
1
0
0
1
0-1
0
 
12
2
0
0
2
1-6
0

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.