18 avqust 2012 21:54
Neftçi, AZAL və Simurqdan qələbə, Bakı ilə Rəvandan sülh (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
“Simurq” “Turan”ı, “Kəpəz” AZAL-ı, “Rəvan” “Bakı”nı qəbul edib. Zaqatala klubu doğma meydanda son dəqiqələrdə vurduğu qollarla darmadağına imza atıb. AZAL 3 xalı 2 qolla qazanıb. Paytaxt derbisi isə sülhə bitib. Günün ən maraqla gözlənilən oyunu isə “Neftçi” ilə “Qəbələ” arasında baş tutub. Bu görüşdə də meydan sahibləri 3 cavabsız qolla üstün olublar.
Qeyd edək ki, turun qalan iki oyunu sabah keçiriləcək.
Premyer Liqa
3-cü tur
18 avqust (şənbə)
RƏVAN – BAKI - 1:1 (0:0)
Qol: T.Mikayılov, 73 (1:0), U.Parks, 88 (1:1)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Teymur Fərhadov.
Bakı. Dalğa Arena.
Oyun başladı
Mantsios cərimə meydançasında yerdə qalsa da, hakim onun simulyasiyaya əl atdığını bildirib, sarı vərəqə göstərir
Hər iki komanda çox fəaldı
Juniorun zərbəsini Sapela asanlıqla dəf edir
Tərəflər sürətli oyun nümayiş etdirsələr də, "Bakı" müəyyən üstünlüyə malikdi
Juniorun daha bir zərbəsi qapının üstündən keçir
Novruzovla Mantsiosun birgə cəhdi az qala hesabın açılmasıyla nəticələnəcəkdi. Amma son anda Amit qola imkan vermir
Axundov sarı vərəqə alır
Meydanda çox sərt mübarizə gedir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
İlk yarıda zədəli halda çıxış edən Sapela yerini D.Kərimiyə verir
Karqbonun cərimə zərbəsi təhlükəli olsa da, hədəfdən yan keçir
İlk yarı ilə müqayisədə oyunun tempi çox aşağıdı
Torresi T.Mikayılov əvəzləyir
Juniorun təhlükəli cərimə zərbəsini Kərimi dəf edir
"Bakı"da N.Məmmədov və D.Çesnauski meydana çıxır
Mikayılov dəqiq zərbə ilə meydan sahiblərini hesabda önə çıxarır - 1:0
"Rəvan"da Bundu yerini Bosmana verir
"Bakı" əla hücumu qolla tamamlaya bilmir
Varela kobud oyuna görə sarı vərəqə alır
Şoliçin əvəzində meydana Parks çıxır
Parks topa elə ilk toxunuşundaca qola imza atır - 1:1
Məmmədovun təhlükəli zərbəsi qapıdan yan keçir
Matç başa çatdı
RƏVAN: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 8. Tural Axundov, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela, 15. Tural Cəlilov, 18. Samuel Barlay, 20. Kristian Torres, 23. Sallieu Bundu, 28. Amid Quluzadə.
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 4. Ekrem Hodziç, 7. Elvin Musazadə, 16. Orxan Lalayev, 17. Emin İbrahimov, 22. Tofiq Mikayılov, 26. Bosman Frensis.
BAKI: 82. Edin Nuredinovski, 6. İbrahim Karqbo, 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 22. Vangelis Mantsios, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 27. George Popxadze, 38. Namiq Ələsgərov, 77. Aleksandar Soliç.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 7. Deyvidas Çesnauski, 10. Horvat Lukas Mario, 17. Ramazan Abbasov, 21. Novruz Məmmədov, 36. Uinston Parks.
SİMURQ – TURAN - 3:0 (0:0)
Qollar: Z.Popoviç, 80 (1:0), Z.Popoviç, 85 (2:0), M.Bojiç, 90+2 (3:0)
Hakimlər: Orxan Məmmədov, İlham Əliyev, Rza Məmmədov, Fuad Həsənov.
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
Meydan sahibləri ilk dəqiqələrdən üstünlüyü ələ alıblar
M.Səttarlı əlverişli vəziyyətdə rəqib qapısına yol tapa bilmir
Stoyanoviçin zərbəsi qapıdan aralı keçir
Polyakın uzaqdan zərbəsini son anda müdafiəçi qapı xəttindən çıxarır
Stoyanoviçin zərbəsini Popoviç qaytarır
Polyakın növbəti cəhdinin qarşısını yenə qapıçı alır
Rəhimov sarı vərəqə ilə cəzalanır
İlk hissədə sadəcə bir komanda görmək mümkün idi - "Simurq". Amma meydan sahibləri oyundakı üstünlüyü hesabda əks etdirə bilmirlər
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Simurq"da Qırtımovu Z.Popoviç əvəzləyir
Çixradze artıq hücum xəttini daha da gücləndirməklə qola ümid edir
Stoyanoviçin zərbəsini A.Popoviç tutur
"Turan" vaxt öldürməyə çalışır. Görünür, qonaqlara 1 xal da bəs edir
"Simurq" artıq hücumda ilk hissədəki qədər təhlükəli deyil
Zaqatala klubunun yeni transferi Popoviç çıxdığı ilk oyundaca qol hesabını açır - 1:0
Popoviç həmsoyadı Andreyi ikinci dəfə məyus edir - 2:0
90+2. Meydana sonradan çıxan daha bir yeni transfer M.Bojiç superqola imza atır. O, topu meydanın özlərinə aid hissəsindən birbaşa rəqib qapısına göndərir - 3:0
Matç başa çatdı
SİMRUQ: 22. David Petşkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 79. Nenad Stoyanoviç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 17. Rüstəm Məmmədov, 18. Nicat Qurbanov, 20. Rəşad Əyyubov, 24. Mehman Məmmədov, 25. Mario Bojiç, 10. Zdravko Popoviç.
TURAN: 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 11. Qoqi Pipia, 13. Bayram Kərimov, 14. Aleksandr Qoqoberişvili, 17. Fərmayıl Əliyev, 21. Antonio Rukavina, 22. Salif Ballo.
Ehtiyat oyunçular: 27. Natiq Sərhətov, 2. Hüseyn İsgəndərov, 4. Levan Çxetiani, 5. Fərid Quliyev, 19. Asəf Qədiri, 20. İlkin Sadıqov, 16. Elmixan Məmmədov.
KƏPƏZ – AZAL – 0:2 (0:1)
Qollar: J.Nildo, 31 (0:1), J.Nildo, 51 (0:2).
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov.
Gəncə. Şəhər stadionu.
Oyun başladı
Komandalardan ilk dəqiqələrdən fəallıq nümayiş etdirirlər
Qonaqlar qol vursalar da, öncə ofsayd olduğu üçün hesaba alınmır
Fomenko Berayanın təhlükəli ötürməsini qola çevirə bilmir
Hər iki komanda hücumda fəallıq nümayiş etdirsə də, bu, hələlik bəhrəsizdi
Gəncəlilər yüz faizli qol epizodunu boşa verirlər: Beraya demək olar ki, boş qapıya düşə bilmir
Əvəzində Nildo müdafiəçilərin səhvindən yararlanıb hesabı açır - 0:1
Qonaqların növbəti qolu vurmasına bu dəfə qapıçı mane olur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Nildo özünün və komandasının ikinci qoluna imza atır - 0:2
Berayanın zərbəsi qapıdan aralı keçir
Hüseynov da oxşar zərbə ilə yadda qalır
Fasilədən sonra meydana çıxmış Emin Əliyevin qola sevinməsinə Həsənzadə mane olur
Əliyevin növbəti zərbəsi hədəfdən yan keçir
Matç başa çatdı
KƏPƏZ: 1. İvan Radoş, 5. Əli İsmayılov (k), 4. Azər Məmmədov, 24. Fərid Həşimzadə, 15. Şahin Kərimov, 6. Məhərrəm Hüseynov, 18. Nikolay Svejentsev, 10. Armand Feutçin, 66. Lyuba Baranin, 9. İrakli Beraya, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 11. Qoqa Beraya, 20. Emin Əliyev, 3. Təbriz Hüseynli, 7. Pərvin Paşayev, 17. Renat Sultanov, 8. Elvin Həsənəliyev.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Usim Nduka, 4. Xose Junior Aylton, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 8. Elman Taqayev, 11. Zohair Benuahi, 16. Junior Nildo, 17. Viktor İbekoyi, 15. Oskar Klyava, 20. Branislav Arseniyeviç.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 22. Ruslan Tağızadə, 28. Artur Patraş, 99. Orxan Həsənov, 19. Orxan Səfiyaroğlu, 37. Andrius Veliçka, 2. Xuan Fransisko.
NEFTÇİ – QƏBƏLƏ – 3:0 (0:0)
Qollar: C.İmamverdiyev, 48 (1:0), J.Vobay, 54 (2:0), C.İmamverdiyev, 89 (3:0).
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Rauf Cabbarov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Oyun başladı
Qapıya ilk zərbə Mahirdən gəldi. Amma onun cərimə zərbəsini qapıçı dəf etdi
İmamverdiyevin zərbəsi hədəfdən yan keçir
Meydanda sakit oyun getsə də, bakılılar nisbətən fəaldılar
"Neftçi" oyuna nəzarəti ələ alsa da, üstünlüyünü hesabda əks etdirə bilmir
İmamverdiyevin daha bir zərbəsi qapıdan yan keçir
Assisin təhlükəli zərbəsini Saşa dəf edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
İmamverdiyev dəqiq zərbə ilə hesabı açır - 1:0
Julius Vobay hesab arasındakı fərqi artırır - 2:0
Cavidin baş zərbəsi dəqiq olmur
Qonaqlar çox passivdilər. Məğlubiyyətdən yaxa qurtarmaq üçün demək olar ki, heç nə etmirlər
Bakılılar isə hücumlarını davam etdirirlər
İmamverdiyev özünün ikinci, komandasının üçüncü qolunu vurur - 3:0
Matç başa çatdı
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 7. Rodriqinyo, 9. Flavinyo, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə (k).
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 6. Rəşad Sadiqov, 10. Julius Vobay, 19. Mirhüseyn Seyidov, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev.
QƏBƏLƏ: 25. Dieqo Silva, 8. Bruno Da Silva, 10. Dodo, 11. Yannik Kamanan, 15. Omar Kalabane, 18. Aleksandr Çertoqanov (k), 22. Lorival Rodriqes Assis, 27. Rəşad Abdullayev, 34. Ürfan Abbasov, 84. Deyan Kelhar, 88. Nodar Məmmədov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 9. Viktor Mendi, 20. Rəşid Əmiraslanov, 21. Elmar Baxşıyev, 23. Şəhriyar Xəlilov, 99. Amil Yunanov.
19 avqust: Sumqayıt – Qarabağ, İnter – Xəzər Lənkəran.
1
3
2
1
0
7-3
7
