19 avqust 2012 22:20
İnterlə Xəzər Lənkərandan sülh, Sumqayıtda qol yağışı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutib.
Ötən mövsümün aşkar autsayderi “Sumqayıt” iddialılardan “Qarabağ”la münasibətlərinə aydınlıq gətirib. Ötən mövsüm iki oyunda bu rəqibini məğlub edə bilməyən Ağdam klubu həmin uğursuzluqların əvəzini böyükhesablı qələbə ilə çıxıb. Turun mərkəzi oyununda isə “İnter”lə “Xəzər Lənkəran” üz-üzə gəlib. Qarşılaşmada qapılara qol vurulmayıb.
Qeyd edək ki, turun digər oyunları şənbə günü keçirilmişdi.
Premyer Liqa
3-cü tur
19 avqust (bazar)
İNTER – XƏZƏR LƏNKƏRAN - 0:0 (0:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
Bakı. AZAL Arena.
Oyun başladı
İlk dəqiqələrdən meydan sahibləri daha fəaldılar
Oyun daha çox meydanın mərkəzində keçir
Niassenin təhlükəli zərbəsi dirəkdən dönür, Slavçonun təkrar zərbəsi isə dəqiq olmur
Qonaqlar hələ ki, "İnter"in hücumlarını dəf etməklə məşğuldular
XL getdikcə oyunu bərabərləşdirir
Subaşiç hesabı açmağa yaxın olsa da, bundan yararlana bilmir
Adamiyanın baş zərbəsi qapıdan aralı keçir
Meydanda bərabər səviyyəli oyun gedir
Tounkaranın zərbəsi dəqiq alınmır
İlk yarının sonları çox sakit keçir
Tsxadadzenin uzaqdan zərbəsi qapının üstündən keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"İnter" yenə hissəyə fəal başlayıb
Oyunda temp kifayət qədər yüksəlib
XL da rəqibdən geri qalmamağa çalışır
Adamiyanın zərbəsi dəqiq olmur
Tsxadadzenin çox təhlükəli zərbəsini Sadıqlı möcüzəvi reaksiya ilə dəf edir, Niassenin təkrar baş zərbəsi isə dəqiq olmur
XL-ın qapısı qarşısında daha bir təhlükəli vəziyyət yaransa da, hər şey qonaqlar üçün yaxşı bitir
Tounkaranın zərbəsini Lomaya dəf edir
"İnter" rəqibinə nisbətən daha üstün oyun sərgiləsə də, bunu hesabda əks etdirə bilmir
Tsxadadzenin əvəzində meydana T.Şütz çıxır
Alvizin zərbəsi dəqiq alınmır
Adamiyanı N.Hacıyev əvəzləyir
Şützün baş zərbəsi dəqiq olmur
Tales rəqib qapısına yol tapsa da, hakim ötürmə zamanı topun qapı xəttini tərk etdiyini bildirərək, qolu hesaba almır
Yenə Şützün qapıya zərbəsi: bu dəfə dəqiq olmur
"İnter" qonaq komandanı tam olaraq qapısına sıxışdırıb. Bakılılar ilk qələbə üçün çox çalışırlar
Slavçonun zərbəsini Sadıqlı dəf edir
Niassenin korneri qola çevirmək istəyi alınmır
Matç başa çatdı
İNTER: 1. Giorgi Lomaya, 5. Slavço Georgiyevski, 10. Georgi Adamiya, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 23. Tales Şütz, 47. Abdulla Abatsiyev, 77. Ruslan Əmircanov.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 8. Eder Bonfim, 6. Robert Alviz, 7. Sadio Tounkara, 5. Elnur Allahverdiyev, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Elnur Abdullayev, 4. Akif Tağıyev, 17. Kazım Kazımlı, 18. Alim Qurbanov, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov.
SUMQAYIT – QARABAĞ - 1:6 (0:2)
Qollar: R.Almeyda, 13 (0:1), R.Sadıqov, 21-pen (0:2), V.Nadirov, 59 (0:3), M.Muarem, 63 (0:4), S.Allahquliyev, 75 (1:4), İ.Qurbanov, 79 (1:5), N.Yusifov, 90+1 (1:6)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Oyun başladı
"Qarabağ" ötən mövsüm bu komandanı autsayder olmasına rəğmən, məğlub edə bilməmişdi. İlk oyunda heç-heçə edən ağdamlılar cavab görüşündə uduzmuşdular. Görək, bu mövsüm necə olacaq?
2. R.Sadıqovun cərimə zərbəsi hədəfə düşmür
4. R.Əliyev cərimə meydançasına daxil olur, lakin qapıya zərbə endirə bilmir
6. Aqollinin zərbəsini Ağayev tutur
9. "Sumqayıt"ın əks-hücumu təhlükəli olsa da, Maksim topa vaxtında müdaxilə edir
13. Riçard Almeyda Aqollinin ötürməsindən sonra akrobatik zərbə ilə hesabı açır - 0:1
15. "Sumayıt"ın oyunçusu sarı vərəqə alır
20. Cərimə meydançasında Aftandil Hacıyev Raufa qarşı kobubluq edərək onu yıxır. Hakim Aftandilə qırmızı vərəqə göstərir
21. R.Sadıqov penaltini dəqiq zərbə ilə qola çevirir - 0:2
25. "Qarabağ" artıq topu özündə saxlamağa çalışır
31. Raufun yaxın məsafədən zərbəsini qapıçı tutur
37. "Qarabağ"da Vüqar Nadirov, "Sumqayıt"da Erdal Çelik sarı vərəqə alır
40. Oyun getdikcə sərtləşir: Qara Qarayev də sarı vərəqə alır
42. Pərdisin zərbəsi Varvodiçdə qalır
43. Riçardın zərbəsini qapıçı dəf edir
44. Vüqar 3-cü qolu vurmağa çox yaxın olsa da, onun zərbəsini son anda qapıçı dəf edir
45. Qarayev ikinci sarı - qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Sumqayıt" fasilədən sonra daha fəaldı. "Qarabağ" isə artıq əks-hücum futboluna keçib
59. V.Nadirov qapını dəqiq nişan alaraq, hesabı darmadağın həddinə çatdırır - 0:3
61. "Qarabağ"da oyunçu dəyişikliyi: Vüqar və Raufu Əfran İsmayılovla İlqar Qurbanov əvəzləyir
62. Sultanov sarı vərəqə ilə cəzalanır
63. Muaremin uzaqdan zərbəsi qolla nəticələnir - 0:4
66. Aqollinin əvəzində meydana E.Abdulov çıxır
75. Sabir Allahquliyev buraxılan qollardan birinin əvəzini çıxır - 1:4
79. İlqar Qurbanov yenidən fərqi artırır - 1:5
83. Əfran növbəti qolu vurmağa yaxın olsa da, müdafiəçi son anda topu uzaqlaşdıra bilir
90+1. Namiq Yusifov oyunda son nöqtəni qoyur - 1:6
Matç başa çatdı
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abbasov (k), 5. Murat Doymuş, 6. Tamer Taktak, 7. Fərcad-Azad Pərdis, 10. Ceyhun Sultanov, 13. Murad Ağayev, 22. Erdal Çelik, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev, 11. Sabir Allahquliyev, 21. Məhəmməd Mirzəbəyov, 27. Ramil Həşimzadə, 50. Murad Hüseynov.
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Kamil Hüseynov, 4. Zaur Həşimov, 16. Elnur Abdulov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 70. Vaqif Cavadov.
İlk oyun gününün nəticələri: Simurq – Turan - 3:0, Kəpəz – AZAL - 0:2, Neftçi – Qəbələ - 3:0, Rəvan – Bakı - 1:1.
1
3
2
1
0
8-2
7
