17 avqust 2012 11:28

Yunis Hüseynov: Kamran Ağayevin əsas komandaya dönmək şansı var

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 3-cü turunun “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “İnter”lə oyunun hazırlıqları necə gedir?
- Adi qaydada. Bilirik ki, ölkənin ən güclü klublarından birinə qarşı oynayacağıq. Onlar avrokuboklarda uğurla çıxış etdilər. “İnter” həmişə öz xarakteri ilə seçilən komanda olub. Bakılılar son ana kimi vuruşub, hətta ümidsiz görünən oyunları da xilas etmək bacarığına malikdilər. Buna baxmayaraq, komandamın hədəfi bu güclü rəqibi məğlub etməkdi. Biz çempionluğa oynayırıq. “Bankirlər” isə bu yolda bizim əsas rəqiblərimizdən biridi.
 
- “İnter” eyni zamanda da sizin üçün o qədər də münasib rəqib sayılmır...
- Etiraf edim ki, “İnter”i məğlub etmək çətindi. Yəqin ki, bu da onların münasib rəqib olmamasından irəli gəlir. Çalışacağıq ki, statistika elə kağız üzərində qalsın.
 
- “Xəzər Lənkəran” “İnter”i sonuncu dəfə məğlub edəndə, sizinlə Kaxaber Tsxadadze arasında qalmaqal yaranmışdı. Bu dəfə də qələbə qazanacağınız halda həmin olayların təkrarlanmasından ehtiyatlanmırsız?
- O vaxt olanlar artıq tarixdə qalıb. İndi mənim Kaxa ilə heç bir problemim yoxdu. Həmin hadisələrə bir daha qayıtmağa da ehtiyac yoxdu.
 
- Baxışa yeni qapıçı dəvət etmisiz. Onun haqda nə deyə bilərsiz?
- Nikolay Kalançanı mən yalnız iki məşqdə görmüşəm. Onun barədə qərarımı həftənin sonunda açıqlayacağam. Əgər xoşumuza gəlsə, müqavilə bağlayacağıq. Onun səviyyəsini bilmək üçün hələ Kalançanı ikitərəfli oyunda sınamalıyam.
 
- Kamran Ağayevi də sifariş etməyiniz nədən xəbər verir?
- Biz sadəcə onun formasını itirməyini istəmirik. Axı o, yığmanın qapıçısıdı. Buna görə də təklif etdik ki, əvəzedici komanda ilə məşq etsin. Amma o, özünə yeni klub tapsa, gedə biləcək.
 
- Siz onu əsas komandada görmürsüz?
- Hələ yox. Amma gələcəkdə necə olacağını heç kim deyə bilməz. Əlbəttə, Ağayev əsas heyətə qayıda bilər. Lakin biz hələ bu barədə düşünmürük.
 
- Amma yığmamızın Bəhreynlə oyununda qapısını toxunulmaz saxladı...
- Mən yığmamızın Bəhreyn üzərindəki darmadağınına çox sevindim. Amma Bəhreyn heç də yüksək səviyyəli komanda deyil. Komandamıza rəsmi oyunlarda da uğurlar arzulayıram. Hər halda bir oyuna görə hansısa nəticəyə gəlmək olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.