17 avqust 2012 11:53
Mərkəzi oyunların hakim təyinatları açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq. “Simurq” – “Turan” oyununu Orxan Məmmədov, “Kəpəz” – AZAL matçını Vüsal Əliyev, “Neftçi” – “Qəbələ” duelini Anar Salmanov, “Rəvan” – “Bakı” qarşılaşmasını isə Rəhim Həsənov idarə edəcək. Bazar gününə təsadüf edəcək “Sumqayıt” – “Qarabağ” matçında ədaləti Elçin Məmmədov qorumağa çalışacaq. Turun mərkəzi oyunu - “İnter” – “Xəzər Lənkəran” görüşü isə Əliyar Ağayevə tapşırılıb.
Premyer Liqa
3-cü tur
18 avqust (şənbə)
Kəpəz – AZAL
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Gəncə şəhər stadionu, 18:00.
Neftçi – Qəbələ
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məlik Həsənov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 18:00.
Simurq – Turan
Hakimlər: Orxan Məmmədov, İlham Əliyev, Rza Məmmədov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Səfər Haşımov.
Zaqatala şəhər stadionu, 19:00
Rəvan – Bakı
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Dalğa Arena, 20:00.
19 avqust (bazar)
Sumqayıt – Qarabağ
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Murad Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.
İnter – Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. AZAL Arena, 20:30.
