17 avqust 2012 12:14
Portuqaliya - Azərbaycan matçının başlama saatı dəyişdirildi
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya - Azərbaycan oyununun başlanma saatı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşmanın başlama saatı teleyayımla əlaqədar olaraq dəyişdirilib. Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə sentyabrın 11-dən 12-nə keçən gecə, saat 01:00-da yox, 00:15-də başlayacaq.
Qeyd edək ki, Portuqaliya - Azərbaycan oyunu Braqa şəhərindəki “AXA Stadium”da keçiriləcək.
