17 avqust 2012 12:25
Galatasarayın futbolçusuna 11 oyunluq cəza
“Fenerbahçe” ilə Super Kubok matçında qırmızı vərəqə alan və hakim Cüneyt Çakıra hücum edən “Galatasaray”ın futbolçusu Engin Baytarın cəzası müəyyənləşib. Azerisport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi futbolçunu 11 oyunluq cəzalandırıb.
“Galatasaray”ın qərardan apellyasiya şikayəti verib-verməyəcəyi bilinmir. Amma Enginin komandası tərəfindən də cəzalandırılıdığı məlumdu. Belə ki, “Galatasaray” futbolçunu 165 min avro (hər oyuna 15 min avro) cərimələyib.
