17 avqust 2012 00:38

“İsraillə oyunda tamamilə fərqli futbol görəcəksiz”

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyev Bəhreynlə yoldaşlıq oyunundan (3:0) sonra fikirlərini paylaşıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:

“Çox şadam ki, qələbə qazandıq. Özü də belə hesabla. Əlbəttə, belə istidə oynamaq heç də asan deyildi. Bu, öz təsirini göstərirdi. Amma oyun arxada qalıb və artıq bunun heç bir əhəmiyyəti yoxdu. Əsas qələbə qazanmaq idi ki, ona da nail olduq. Çünki doğma meydanda, azarkeşlərimizin gözü qarşısında oynadığımız üçün, buna borclu idik”.
 
Millimizin gənc hücumçusu öz çıxışını da dəyərləndirib: “Nə deyə bilərəm? Çalışdım ki, yaxşı oyun sərgiləyim. Amma hər şey istədiyim kimi alınmadı. Öz çıxışımdan narazı qaldım. Bir hissə oynasam da, qol vurmaq imkanım oldu. Sadəcə, həmin epizoddan yararlana bilmədim”.
 
Əliyevin sözlərinə görə, həm onun, həm də komandanın daha yaxşı oyun sərgiləməyinə daha çox isti hava şəraiti təsir edib: “Şəxsən mən ilk hissədən sonra güclə nəfəs alırdım. Belə hava şəraitində oynamaq çox ağır idi. Fasiləyə çıxanda azarkeşlərə diqqət yetirdim. İsti hava olmasına rəğmən, onlar bizi dəstəksiz qoymamışdılar. Onlara da çətin idi. İndi təsəvvür edin ki, meydanda qaçan futbolçular nələr çəkirdilər”.
 
Rauf yığmamızın bu qələbəsinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirəcəyimiz ilk oyun öncəsi psixoloji baxımdan çox faydalı olduğunu düşünür: “Düzdü, biz gözəl başa düşürük ki, İsrail yığması Bəhreyndən çox fərqlənir. Həmin oyunda tamamilə fərqli futbol görəcəksiz. Amma istənilən halda bu qələbə bizdə özünəinamı artırmış oldu. İnanıram ki, sentyabrın 7-də israillilərə qarşı da yaxşı oyun sərgiləyə biləcəyik”.
 
Millimizin baş məşqçisi Berti Foqts İsraillə oyunun hazırlıqlarına avqustun 28-dən start verəcək. “Qarabağ”ın forvardı bu amilin komandaya faydalı olacağını deyir: “Fikrimcə, belə çətin oyun öncəsi komandanı bir qədər tez toplamaq heç də pis olmaz. Belə olan halda biz klubdakı çıxışımızdan sonra yenidən millinin oyunlarına köklənə biləcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.