17 avqust 2012 00:47
FİFA mərkəzi arenada yoxlamalara bu gün start verəcək
Bu gün FİFA-nın müvafiq komissiyası Tofiq Bəhramov adına Respublika stadionunda yoxlama işlərinə start verəcək. Azerisport.az xəbər verir ki, dünya futbol qurumunun mütəxəssisləri iki gün ərzində mərkəzi arenaya baxış keçirəcəklər.
Məhz bu yoxlamalardan sonra FİFA rəsmiləri “Tofiq Bəhramov”da beynəlxalq səviyyəli oyunların keçirilməsinə icazə verəcəklər.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi edəcəyi FİFA U-17 qızlar arasındakı dünya çempionatının bəzi oyunları məhz mərkəzi arenada keçiriləcək. Elə mundialın açılış və final oyunları da məhz baş arenamızda oynanılacaq. Yenilənmiş “Tofiq Bəhramov”da ilk oyun isə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində gələn ayın 7-də keçiriləcək Azərbaycan – İsrail görüşü olacaq.
