17 avqust 2012 00:56
Əfran İsmayılov sıraya nə vaxt dönəcək?
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Premyer Liqanın 3-cü turunda meydana çıxa bilməyəcək. Azerisport.az xəbər verir ki, zədə səbəbindən yığmamızın Bəhreynlə yoldaşlıq görüşündə də iştirak edə bilməyən futbolçu bu həftə oynanılacaq “Sumqayıt”la Premyer Liqa görüşünü də buraxmaq məcburiyyətindədi.
Onun sıraya dönüşü təxminən iki həftəyə nəzərdə tutulub. Belə olan halda İsmayılov heç “Qarabağ”ın 4-cü turdakı “Rəvan”la görüşündə də iştirak edə bilməyəcək.
