21 avqust 2012 01:02
Türkiyə çempionatı: Son çempion yeni mövsümə qələbə ilə başladı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, 2012-13 mövsümünün ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
Mövsümün açılış oyunu “Eskisehirspor”la debütant “Akhisar Belediyespor” arasında baş tutub. Qarşılaşmanın ilk yarısı qolsuz bitib. Elə fasilədən sonra da hər kəsin qolsuz bitəcəyini düşündüyü qarşılaşmanın son saniyələrində səhnəyə çıxan Vural qonaq komandaya çox mühüm qələbə qazandırıb.
İkinci oyun günündə “Karabükspor” “Trabzonspor”la sülh bağlayıb. “Elazıgspor” isə “Fenerbahçe” ilə xalları yarı bölüb. “Gaziantepspor”un qonağı olan “Sivasspor” minimal hesablı qələbəyə sevinib.
Bazar günü “İstanbul BB” “Beşiktaş”ı qəbul edib və tərəflər sülhlə ayrılıblar. “Kayserispor” evdə “Bursaspor”a məğlub olub., “Mersin İdmanyurdu” isə “Orduspor”la qolsuz heç-heçəyə razılaşıb.
Nəhayət, son oyun günündə “Genclerbirligi” “Antalyaspor” üzərində qələbəyə sevinib. Son çempion “Galatasaray” da “Kasımpaşa”nı məğlub yola salıb.
Türkiyə Super Liqası
1-ci tur
17 avqust
Eskisehirspor - Akhisar Belediyespor – 0:1
Qol: G.Vural, 90.
18 avqust
Karabükspor – Trabzonspor – 1:1
Qollar: L.Şelton, 81 – V.Şen, 20.
Elazıgspor – Fenerbahçe - 1:1
Qollar: H.Tum, 50 – D.Kuyt, 65.
Gaziantepspor – Sivasspor – 0:1
Qol: Pedriel, 49.
19 avqust
İstanbul BB - Beşiktaş - 1:1
Qollar: C.Haspolatlı, 59 - Almeyda, 83.
Kayserispor - Bursaspor - 0:1
Qol: Pinto, 26.
Mersin İdmanyurdu - Orduspor - 0:0
20 avqust
Genclerbirligi - Antalyaspor - 3:1
Qollar: O.Delibalta, 81, E.Zeç, 83; 90 - U.İnceman, 66.
Galatasaray – Kasımpaşa - 2:1
Qollar: Ü.Bulut, 35; 87 - İ.Eker, 69.
