18 avqust 2012 01:38
Yığmamızın üzvü oynamadı, klubu mövsümə məğlubiyyətlə başladı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaqın çıxış etdiyi “Eskişehirspor” klubu Türkiyə Super Liqasının yeni mövsümündə ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Eskişehir klubu doğma divarlar arasında “Akhisar Belediyespor”la üz-üzə gəlib.
Mövsümün ilk oyunu meydan sahibləri üçün uğursuz alınıb. Belə ki, 90-cı dəqiqədə buraxılan bir qol “Eskişehirspor”un məğlubiyyəti ilə nəticələnib – 0:1.
Ufuk bu görüşdə forma geyməyib. Baş məşqçi Ersun Yanal ona heç ilk “18-lik”də də yer verməyib.
