18 avqust 2012 12:54
Simurq Turanla oyuna hazırdı
Premyer Liqanın III turu çərçivəsində “Turan”ı qonaq edəcək “Simurq” klubu hazırlıqları tamamlayıb. Azerisport.az xəbər verir ki, artıq son məşqə çıxan Georgi Çixradzenin komandası isinmə hərəktlərindən sonra taktiki əsaslı tapşırıqlar üzərində çalışıb. Sonda isə ikitərəfli oyun və qapıya zərbələrlə hazırlıqlar tamamlanıb.
Qeyd edək ki, “Simurq” – “Turan” oyunu saat 19:00-da Zaqatala şəhər stadionunda keçiriləcək. Komandanın heyətində Rüstəm Abbasovdan başqa zədəli futbolçu yoxdu. İndiyə kimi 18 dəfə “Turan”la qarşılaşan “Simurq” son ev oyununda tovuzluları məğlub edə bilməyib.
